Tovuzda avtomobil 6 yaşlı uşağı vurub öldürdü

18.05.2019 21:24
80
Tovuzda avtomobil 6 yaşlı uşağı vurub öldürdü

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


Hadisə Ağdam kəndində qeydə alınıb.

Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 2013-cü ildə təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb (report).


O, xəstəxanaya aparılıb. Lakin yaralının artıq öldüyü məlum olub.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND