İran ABŞ təyyarəsini vurmamaq üçün, PUA-nı məhv edib - FOTO

21.06.2019 18:32
251
İran ABŞ təyyarəsini vurmamaq üçün, PUA-nı məhv edib - FOTO

“İranın MQ-4C tipli PUA-sı ABŞ istehsalı olan P-8 tipi hərbi təyyarəsini vura bilərdi, lakin bunu etməyib”.


Bunu İran İnqilab Keşikçiləri Korpusu Aviasiya-Kosmos Qüvvələrinin komandiri Əmir Əli Hacızadə deyib.



Komandir qeyd edib ki, ABŞ istehsalı olan P-8 təyyarəsi İranın hava sərhədlərini pozub. Onun istiqamətini dəyişdirmək üçünsə PUA məhv edilib.


Hacızadə bildirib ki, İran ordusunun Hörmüz boğazının hava məkanında ABŞ ordusuna aid pilotsuz uçuş aparatını vurması terrorçu qüvvələrə və ABŞ-a mesaj xarakteri daşıyır (publika.az). Komandirin sözlərinə görə, olay əsnasında P-8 təyyarəsinin göyərtəsindən 35 nəfər olub.





Ekspress.az