Azərbaycanda iki yeni Prezident təqaüdü təsis edildi 

25.02.2019 16:40
380
Azərbaycanda iki yeni Prezident təqaüdü təsis edildi 


Azərbaycanda yeni Prezident təqaüdləri təsis edilib.


Ekspress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamda qeyd edilib.


Sərəncama görə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

 

- I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;


- müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND