İsrailin Baş naziri ABŞ-a səfərini yarıda dayandırıb

25.03.2019 11:44
176
İsrailin Baş naziri ABŞ-a səfərini yarıda dayandırıb

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından açılan atəşlə əlaqədar ABŞ-a səfərini yarımçıq saxlayıb. 


Ekspress.az xəbər verir ki, bunu hökumət başçısı özü bildirib.


“Təhlükəsizlik sahəsində baş verən hadisələrə görə ABŞ-a səfərimi yarımçıq saxlamaq qərarına gəldim. Bir neçə saatdan sonra ABŞ Prezidenti Donald Trampla görüşdükdən sonra təcili olaraq İsrailə qayıdacağam və hökumətin işinə yerində rəhbərlik edəcəm”, - B.Netanyahu vurğulayıb.


O, açılan atəşə cavab verəcəklərinin də əlavə edib (report). İsrailin hökuməti başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi. 

Xatırladaq ki, martın 25-də səhər saatlarında Fələstinin Qəzza zolağından İsrail istiqamətində atılan raket yaşayış evlərindən birinin üzərinə düşüb. Nəticədə 6 nəfər yaralanıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND