ABŞ Çin nəhənginə ölümcül zərbə vurdu


20.05.2019 11:42
228
ABŞ Çin nəhənginə ölümcül zərbə vurdu

ABŞ Prezidenti Donald Trampın “Huavei”lə ABŞ şirkətlərinin əməkdaşlığını qadağan etməsinin ardından Quql bu markalı telefonların “Android” sistemi ilə təminatını dayandırıb.


Ekspress.az xəbər verir ki, bu barədə “Röyter” yazıb.


Məlumata görə, kompaniyanın yeni nəsil telefonlarının heç birinin bundan sonra Quql və onun digər xidmətlərinə (Quql-pley, xəritə, elektron poçt, Yutub) girişi olmayacaq (axar.az). Bundan əlavə, ABŞ şirkəti “Huavey”in bir sıra yeniləmələrə girişini də qadağan edib.


“Quql pley” və “Quql pley proyekt” isə buna qədər “Huavei” markalı telefonları almış istifadəçilər üçün işlək vəziyyətdə olacaq.


Ekspress.az

Açar sözlər: