• 25 °C Bakı
  • 21 °C Quba
  • 26 °C Gəncə
  • 25 °C Yevlax
  • 30 °C Naxçıvan

Putin Ukraynadakı seçkilərlə bağlı: "Burada dəyərləndiriləsi nə var?"

25.04.2019 14:35
179
Putin Ukraynadakı seçkilərlə bağlı: "Burada dəyərləndiriləsi nə var?"

“Burada dəyərləndiriləsi nə var? Bu, Poroşenko siyasətinin mütləq uğursuzluğudur”.


Ekspress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynada keçirilən prezident seçkisinə dair suala cavab olaraq deyib. 


Aprelin 25-də Vladivostokda Şimali Koreya (Koreya Xalq Demokratik Respublikasının) lideri Kim Çen Inla görüşdən sonra keçirilən mətbuat konfransında danışan V.Putin bildirib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi rəsmi Kiyevdən asılıdır:


“Bu, Ukraynanın yeni siyasi rəhbərliyinin yürüdəcəyi siyasətdən asılı olacaq. Biz bu münasibətləri bütün istiqamətlərdə bərpa etməyə hazırıq. Ancaq bunu birtərəfli qaydada edə bilmərik”.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND