Baş nazir: "Gömrük sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir"

12.06.2019 12:42
38
Baş nazir: "Gömrük sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir"

Hazırda Azərbaycan olduqca güclü islahatlar mərhələsini yaşayır ki, bu istiqamətdə ölkənin davamlı inkişafını təmin etmək üçün atılan addımlar və əldə olunan nailiyyətlər göz qabağındadır.


Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş nazir Novruz Məmmədov deyib.


Onun sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə Konfrans və Sərgisinin Bakıda təşkil olunması bunun bariz nümunəsidir.


Baş nazir əlavə edib ki, gömrük sahəsində atılan addımlar və görülən işlər ölkə iqtisadiyyatının və digər sahələrin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir:


“Düşünürəm ki, Azərbaycanın Dövlət Gömrük Komitəsi bu sahədə çox böyük nailiyyətlər əldə edib və bu istiqamətdə biz şübhəsiz ki, öz fəaliyyətimizi davam etdirəcəyik (APA). Bugünkü Dünya Gömrük Təşkilatı ilə aparılan sıx əməkdaşlıq və görülən işlər öz töhfəsini göstərəcək".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND