QALMAQAL: Millət vəkilləri ayaq yolunda kokain çəkir...


27.06.2019 15:30
217
QALMAQAL: Millət vəkilləri ayaq yolunda kokain çəkir...

Londonda Britaniya Parlament binasının tualetində kokain izləri tapılıb.

 

Ekspress.az xəbər verir ki, narkotik testi ilə bağlı araşdırma VICE jurnalının ingilis şöbəsindən jurnalistlər tərəfindən aparılıb.

Bakupost xarici KİV-lərə istinadən xəbər verir ki, jurnalistlər kokainə toxunduqda rəng dəyişdirən xüsusi hazırlanmış nəm salfetin köməyi ilə parlament binasında baxdıqları doqquz tualetdən dördündə, həmçinin, deputatların əyləşdiyi ofislərdə narkotik tapıblar.


Kokainin izlərinə ən çox yalnız yüksək rütbəli rəsmilər, məclis yığıncağının jurnalistləri, millət vəkilləri əyləşən ofislərdə rast gəliblər (bakupost). Ən böyük rəzalət isə bu araşdırmadan dərhal sonra, bir neçə siyasətçi narkotik istifadə etdiyini etiraf edib.


Baş nazir postuna namizəd Boris Conson isə ilk dəfə 19 yaşında ikən kokain çəkdiyini söyləyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND