Rusiya Ukraynaya hücuma hazırlaşır - Generaldan maraqlı iddia

20.04.2019 17:04
411
Rusiya Ukraynaya hücuma hazırlaşır - Generaldan maraqlı iddia

Rusiya 2019-cu ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlatmağa hazırdır.


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini İqor Romanenko danışıb.


Romanenkonun sözlərinə görə, hücuma keçmək üçün Rusiyaya 2-4 həftə vaxt tələb olunacaq (axar.az). Hərbi əməliyyatlara Ukrayna sərhədləri yaxınlığında yerləşdirilmiş 80 minlik ordu cəlb olunacaq.


“Onlar sadəcə orada dayanıblar və mütəmadi olaraq təlimlər keçirirlər. Hərbi-nəqliyyat aviasiyası, dəmiryolu qoşunları və hava-desant qüvvələri hazırlanır”, - Romanenko bildirib.


Romanenko həmçinin hazırda Moskvanın hücum əməliyyatını məqsədəuyğun hesab etmədiyini qeyd edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND