Almaniyadan ABŞ-ın qoşun istəyinə - Cavab


08.07.2019 16:47
54
Almaniyadan ABŞ-ın qoşun istəyinə - Cavab

Almaniyadan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Suriyaya quru qoşunlarının göndərilməsi ilə bağlı fikirlərinə münasibət bildirilib.


Ekspress.az xəbər verir ki, bu barədə alman hökumətinin sözçüsü Şteffen Zaybert rəsmi açıqlama verib.


“Suriyada quru qoşunlarımız yoxdur və bunu dəyişdirməyi planlaşdırmırıq”, - Zaybert bildirib.


Xatırladaq ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Suriyadakı amerikalı kontingenti əvəzləməsi üçün Almaniyadan bu ölkəyə quru qoşunlarını göndərməsini istəmişdi (axar.az).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND