Energetika Nazirliyindən məsləhət: gücü 900 vattdan çox olan tozsoranlar almayın

16.05.2019 10:12
100
Energetika Nazirliyindən məsləhət: gücü 900 vattdan çox olan tozsoranlar almayın

"Avropa İttifaqı tərəfindən 2013-cü ildən tozsoranlar üçün enerji etiketinin tətbiqinə başlanıb. Etiketin üst hissəsi enerji məhsuldarlıq sinfini və orta hesabla enerji istehlakını, alt hissəsi isə tozsoranlar üçün satınalma qərarına əsas verən önəmli göstəriciləri əks etdirir". 


Bu barədə Azərbaycan Energetika Nazirliyinin əhali açün yaydığı məlumatda qeyd edilir.


Nazirlik əhaliyə tozsoran seçərkən diqqətli olmağa çağırıb: 


"2017-ci ildən Avropada motor gücü 900 vattdan yuxarı olan tozsoranların satışına icazə verilmir və daha az enerji istifadə edən tozsoranlara üstünlük verilir. Enerjiyə qənaət üçün tozsoran seçimində enerji etiketinə mütləq diqqət edin".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND