Azərbaycanda qrip xəstəliyi müşahidə edilmir - NAZİRLİK

19.05.2019 11:05
144
Azərbaycanda qrip xəstəliyi müşahidə edilmir - NAZİRLİK


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.


Mərkəzin direktor müavini Afaq Əliyeva deyib ki, adətən, yazın sonlarında respirator virus infeksiyalarına yoluxma sayı azalır:


“Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa doğru gedir. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”.


A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümü ərzində götürülən müayinə materialları arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə baş verməyib:


"İnfeksion xəstəliklərin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür (trend). Hər hansı yüksək temperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır".


Ekspress.az