“Rabitəbank” ilk dəfə “Rəqəmsal trendlər və media” mövzusunda təlim təşkil edib

05.07.2019 12:10
58
“Rabitəbank” ilk dəfə “Rəqəmsal trendlər və media” mövzusunda təlim təşkil edib

“Rabitəbank” media nümayəndələri üçün “Rəqəmsal trendlər və media” istiqamətində intensiv təlim sessiyası təşkil edib.

“Rabitəbank”ın Marketinq departamentinin direktoru Ələkbər Eyvazlı bankın fəaliyyəti və rəqəmsal trendlərin tətbiqi barədə məlumat verib. Bildirib ki, təlim əsasən ənənəvi marketinq və yeni dövr marketinqi, sosial media, bankçılıq sektorunda rəqəmsallaşma və onun təsiri, data analitiks, Çat Botlar, “RabitəbankBot” və onun funksionallığı mövzularına həsr olunub.

İntensiv təlim sessiyasında təlimçi qismində “Rabitəbank”ın marketinq meneceri Nazlı Orucova və “Texnopolis” radio proqramının aparıcısı İmran Bağırov “Rəqəmsal marketinq və data analitiks” və “Rəqəmsal və texnoloji media” mövzularında çıxış ediblər.

Təlim çərçivəsində jurnalistlərə rəqəmsallıq və onun gətirdiyi imkanlar, təşkilatların rəqəmsal yetişkinlik dərəcələri, korporativ mədəniyyət, cari proseslər və innovasiyaya açıqlıq, mediada rəqəmsal texnologiyanın tətbiqi və gətirdiyi dəyişikliklər, pivotlar və geri dönüşümlərin idarə edilməsi mövzuları müzakirə olunub.

Sonda jurnalistlərlə interaktiv formada, xüsusi təlim tapşırıqları (workshoplar) təşkil edilib.

Təlimin yekununda çıxış edən “Rabitəbank”ın Baş direktoru Ziya Nuriyev qeyd edib ki, bank tərəfindən bu istiqamətdə təlim sessiyasının təşkil olunmasında məqsəd media nümayəndələrini professional bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərmək, rəqəmsal aləmdə baş verən yeniliklər və tətbiqlər barədə informasiya mübadiləsini həyata keçirmək və gələcək əməkdaşlıqları gücləndirməkdir. Bundan əlavə, “Rabitəbank” gələcəkdə də rəqəmsal jurnalistika istiqamətində təlim sessiyalarının təşkilini davam etdirmək, yerli media ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.

Bankın gələcək planları barədə məlumat verən Z.Nuriyev bildirib ki, “Rabitəbank” restalinq edərək yeni loqosunu təqdim edəcək. Qeyd edib ki, loqonun təqdimatından sonra başqa yeniliklər də olacaq: “Yaxın zamanlarda filiallarda dəyişkilərin aparılmasına başlanılacaq. İlin sonuna kimi, həmçinin yeni kart məhsulları buraxılacaq. Mobil bankçılıqda da ilk yerləri tutmağı planlaşdırırıq”.

Tədbirin yekununda jurnalistlərə sertifikatlar təqdim olunub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND