Moskvada kütləvi dava olub, azərbaycanlılar yaralanıb

09.03.2019 14:21
117
Moskvada kütləvi dava olub, azərbaycanlılar yaralanıb


Moskvada baş verən kütləvi dava zamanı xəsarət alanlar azərbaycanlılardır. Hadisə Moskvanın cənub-şərqində baş verib. Kütləvi dava zamanı bir neçə nəfər yaralanıb.


Münaqişə Beloreçenskaya küçəsi, ev 6 ünvanında qeydə alınıb.


“1968-ci il təvəllüdlü kişi qarın nahiyəsindən iki güllə yarası alıb. Başqa üç nəfər bıçaq yaraları ilə xəstəxanaya daxil olub”, - deyə Rusiya DİN Moskva baş idarəsinin mətbuat xidmətindən bildirib.


“Veçernaya Moskva” nəşri bununla bağlı məlumat yayıb. 

İnsident zamanı küt alətdən və travmatik tapançadan istifadə edilib (Oxu.az). 


Yaralıların heç biri polisə şikayətçi olmayıb. Bu səbəbdən insidentin araşdırılması çətinləşib. 




Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND