Yol qəzalarında 10 nəfər öldü, 2-si yaralandı - Azərbaycanda

10.07.2019 11:50
107
Yol qəzalarında 10 nəfər öldü, 2-si yaralandı - Azərbaycanda


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ekspress.az -a verilən məlumata görə, iyulun 9-da ölkədə törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Ölkənin avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 2 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND