Bakıda ər arvadını döyüb, vəziyyəti ağırdır

03.10.2019 10:41
127
Bakıda ər arvadını döyüb, vəziyyəti ağırdır

Sabunçu rayonunda döyülmə faktı qeydə alınıb.


Ekspress.az apa-ya istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində ailə münaqişəsi zəmnində ər həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əminova Zəkiyə Habil qızını döyərək xəsarət yetirib.


Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Z.Əminovaya qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.


İlkin məlumata görə, 3 ay əvvəl ailə həyatı quran ər həyat yoldaşının atası evinə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə ər həyat yoldaşı Z.Əminovaya xəsarət yetirib.


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Ekspress.az