"Lotu Quli"ni söydürən "Rəşad Gəncinski" kimdir? - DOSYE

09.07.2019 23:42
434
"Lotu Quli"ni söydürən "Rəşad Gəncinski" kimdir? - DOSYE

Azərbaycanlı "kriminal generallar” iki cəbhəyə bölünüb.


Birinci dəstə "Lotu Quli” ləqəbli Nadir Səlifovun ətrafında, digərləri isə Nadir Səlifova qarşı koalisiyada olan "qanuni oğrular”dan ibarət dəstədə təmsil olunur.


Ekspress.az xəbər verir ki, Nadir Səlifovun ətrafında olanlar arasında bir zamanlar onunla düşmən mövqedə olan Rəşad İsmayılov (Rəşad Gəncinski) da var. "Rəşad Gəncinki” Nadir Səlifovun əleyhinə çıxan, Rusiya bazarlarında ona qarşı anti-piar aparan kriminallardan olub.


Söhbət 2004-cü ildə kriminal aləmdə "Gəncəli Zayka” kimi tanınan Zaur Əliyevin "Lotu Quli”ni təhqir etməsi, daha sonra həbsxanada döyülərək sındırılmasından gedir.


"Zayka” video çəkiliş vasitəsi ilə "Lotu Quli”dən üzr istəyir: "Adım Əliyev Zaurdur. Ləqəbim "Zayka"dır. Bütün oğrulardan üzr istəyirəm. Bir səhvdir etmişəm. Məni Gəncəli Rəşad və Canpolad öyrədib".


İndi isə "Rəşad Gəncinski” bir zamanlar əleyhinə kampaniya apardığı Nadir Səlifovun yanındadır.


"Rəşad Gəncinski” kimdir?


İsmayılov Rəşad Məmməd oğlu 1978-ci ildə Gəncə şəhərində Abbas Səhhət adlanan yerdə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhələdə xırda cinayətlərə qarışıb.


Daha sonra onun da yolu "Oğruların şəhəri” kimi tanınan Moskvadan keçib. Burada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısa müddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.


Liderlik qabiliyyəti, Rusiyada olan azərbaycanlılar arasında olan hörməti Rəşadı "qanuni oğru”lara yaxınlaşdırıb.


2013-cü ilin fevralında Moskvada böyük "sxodka” keçirilir. Həmin "sxodka”da azərbaycanlı "qanuni oğrular”dan Vaqif Süleymanov (Vaqif Diplomat), Əlibaba Həmidov (Qoca Yasamalinski), Arif Mehdiyev (Arif Sumqayitski), Yunus Nəzərov (Yunus Yasamalinski), Baxış Əliyev (Vaxa) iştirak edir.


"Sxodka”da "Rəşad Gəncinski” və "Emin Hacıqabulinski” "qanuni oğru” kimi taclandırılır.


Rəşad Gəncinski "qanuni oğru” adını aldıqdan bir qədər sonra "Lotu Quli”yə yaxınlaşmağa başlayıb. O, həbsdə olan liderinin tapşırığı ilə Rusiyada cinayətkar dəstəyə rəhbərlik etməyə başlayıb.


Belə ki, 2017-ci ilin avqustunda "Lotu Quli”nin tapşırığı ilə Rəşad Abxaziyanın Qudauti şəhərinə yollanıb. Səfərdə əsas məqsəd isə "Quli”yə yaxın olan "Nika Qaqrinski” ləqəbli qanuni oğru Nikolay Dqebuadzeyə dəstək vermək olub.


Həmin zaman "Nika” abxaz qanuni oğruları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl "Quli "Kuşa” ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma "Kuşa” Abxaziyaya girə bilməmişdi.


Qudautiyə gələn İsmayılov və Roma Stavropolski şəhərdəki restoranların birində "Nika”yla düşmən olan "qanuni oğru"ları cəzalandırmaq istəyiblər. Stavropolski yerli "qanuni oğru"lara güc nümayiş etdirmək istəyərkən "Piza” ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə Rəşad və "Nika Qaqrinski” güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.


Rəşad bir neçə gün sonra həmin xəstəxanadan qaçıb.


Azərbaycanlı "qanuni oğru” bu hadisədən bir neçə ay keçməmiş yenidən bıçaqlanıb.


Belə ki, hadisə "Lotu Quli” azadlığa çıxandan sonra onun şərəfinə təşkil olunmuş məclislərin birində baş verib. Nadir Səlifovun evində baş tutan yemək masası arxasında İlqam Hacıyev (İlqam Bolniski) adlı avtoritetlə mübahisə edən Rəşad İsmayılov bıçaq yarası alıb. Bu hadisədən sonra "Lotu Quli” hər iki tərəfi sakitləşdirib.


Bildirilib ki, "Rəşad Gəncinski” İlham Hacıyevin ünvanına nalayiq söz deyib. Bundan sonra, İ.Hacıyev bıçağa əl atıb (bakupost).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND