Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ - Sabah..


23.08.2019 13:10
81
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ - Sabah..

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ekspress.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq.


Abşeron çimərliklərində gözlənilən hava şəraiti - şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.


Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında avqustun 24-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 18-23, gündüz 35-40,dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.


Tibbi-meteoroloji proqnoz


Avqustun 24-25-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND