"PSJ"-dən futbol şousu - 9-0 + VİDEO

20.01.2019 02:02
331
"PSJ"-dən futbol şousu - 9-0 + VİDEO

Futbol üzrə Fransa Çempionatında "PSJ" - "Qenqam" matçı parislilərin böyük hesablı qələbəsi ilə başa çatıb.


Ekspress.az xəbər verir ki, çempionatın lideri "PSJ" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Qenqam"ın qapısından nə az, nə çox, 9 top keçirib. Rəqib komandaya heç təsəlli qolunu vurmağa macal verməyiblər.


Oyunda darmadağının əsasını Neymar qoyub. O, bu oyunda dubl edib. K.Mbappe ilə E.Kavani isə het-trik müəllifi olublar. Sonuncu - 9-cu qolun müəllifi isə Tomas Münir olub.


"PSJ" - "Qenqam" 9-0

Qollar: Neymar (11, 68), K.Mbappe (37, 45, 80), E.Kavani (59, 66, 75), Tomas M. (83).


Bu nəticə ilə "PSJ" xalını 53-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. "Qenqam" isə 14 xalla 20-ci pillədə qalıb.


VİDEO


AQİL

Açar sözlər: