Tramp İranı terrorçu dövlət adlandırıb

06.06.2019 21:30
90
Tramp İranı terrorçu dövlət adlandırıb

Müttəfiq qüvvələrin Normandiya sahillərində əsas desant çıxarma əməliyyatı gününün 75-ci ildönümü mərasimi öncəsi Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trumpla görüşüb.


Yığıncaqdan əvvəl mətbuata ortaq açıqlamalar verən liderlər Afrika, Yaxın Şərq və regional məsələlərdə iki ölkə arasında mövcud olan əməkdaşlığın əhəmiyyətindən söz açıblar.


Makron ABŞ prezidentinin mərasimdə iştirakını iki xalq arasındakı ayrılmaz bağların olduğunun sübutu kimi dəyərləndirib.


ABŞ-la Fransa arasındakı sıx əlaqələrdən bəhs edən Makron İran, Yaxın Şərq və beynəlxalq məsələlərdə ortaq nəticəyə gəlməyin zəruriliyini söyləyib.


Macron deyib ki, ölkəsi demokratiyaya təhlükə olduqda, ABŞ-la həmrəylik nümayiş etdirir.


ABŞ prezidenti Tramp öz növbəsində mərasimə qatılmasından məmnun olduğunu dilə gətirib. Qeyd edib ki, ABŞ-la Fransa arasında müstəsna və sıx əməkdaşlıq mövcuddur.


Çıxışı zamanı ABŞ prezidenti İngiltərə ilə münasibətlərə də toxunub və diqqətə çatdırıb ki, Breksitin necə bitəcəyi onda maraq doğurur. O, İngiltərənin yeni baş nazirinin kim olacağına da əhəmiyyət verdiyini söyləyib.


Tramp eyni zamanda ABŞ-İran münasibətlərindən də danışaraq bildirib ki, sözügedən islam respublikasının nüvə silahına sahib olmasını istəmir (APA). ABŞ lideri vurğulayıb ki, Prezident olanda İran terrorçu ölkə idi və indi də elədir.


Tramp bu məsələdə Fransa ilə eyni fikirdə olduqlarını deyərək, İrana qarşı tətbiq olunmuş sanksiyaların bir çox şeyi dəyişdirdiyini deyib. Əlavə edib ki, İran tərəfilə görüşməyə hazırdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND