İsrail XİN-nin binasında qaz qumbarası partlayıb

13.01.2019 21:25
167
İsrail XİN-nin binasında qaz qumbarası partlayıb

Qüdsdə İsrail Xarici İşlər Nazirliyinin binasında qaz qumbarası partlayıb.


Ekspress.az "Trend"ə istinadla xəbər verir ki, qaz qumbarasının partlaması nəticəsində gözyaşardıcı qazdan bir neçə mühafizəçi zərər çəkib.


İlkin məlumata əsasən, insident qumbaraların saxlanıldığı binanın anbarında baş verib. Hadisə yerində polis əməkdaşları işləyir, hadisənin səbəbləri araşdırılır.


Gözyaşardıcı qazın binanın digər hissələrinə yayılmasının qarşısı almaq üçün kondisionerlərin söndürülməsi təlimatı verilib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND