"Betis" La Liqanın autsayderi ilə bacarmadı

06.01.2019 01:38
71
"Betis" La Liqanın autsayderi ilə bacarmadı

İspaniya La Liqasının 18-ci turu çərçivəsində keçirilən "Hueska" - "Betis" matçında meydan sahibi qələbə qazanıb.


Ekspress.az xəbər verir ki, oyunda hesab ikinci hissədə açılıb. 55-ci dəqiqədə "Betis"in oyunçusu Antonio Sanabria fərqlənib.


73-cü dəqiqədə David Ferreiro hesabı bərabərləşdirib. 6 dəqidə sonra Kristian Rivera "Hueska"nı önə çıxarıb. Bu, oyunda vurulan son qol olub. 2-1


Beləliklə, mövsüm ərzində "Hueska" doğma meydanda ilk qələbəsini qazanıb.

3 xal qazanmasına baxmayaraq "Hueska" 11 xalla turnir cədvəlində sonuncu pillədə qalır.

"Betis" isə 6-cı sıradadır.


Qeyd edək ki, La Liqaya 37 xalla "Barselona" başçılıq edir.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND