Fransada telefon danışıqlarının dinlənilməsi halları artıb


27.04.2019 09:17
329
Fransada telefon danışıqlarının dinlənilməsi halları artıb

Fransada insanların telefon danışıqlarının dinlənilməsi və onların olduqları yerin müəyyən edilməsi halları artıb.


Ekspress.az xəbər verir ki, bu barədə Fransanın Kəşfiyyat texnikasına nəzarət kommissiyasının (CNCTR) illik hesabatında qeyd olunub.


Bildirilir ki, 2018-ci ildə 2017-ci ilə nisbətdə ölkə daxilində izlənilən şəxslərin sayının 3 faiz artdığı bildirilir.


Hesabatda göstərilir ki, 2018-ci ildə Fransada 22 min 308 nəfər ən azı bir dəfə də olsun izlənilib. Bu şəxslərin 22 min 308 nəfəri terrorizmlə mübarizə (38,9%), 5 min 416 nəfəri isə "cinayətkarlıq və mütəşəkkil dələduzluğun qarşısının alınması" məqsədilə izlənilib (report). 2017-ci il ilə müqayisədə ötən il insanların telefon danışıqlarının dinlənilməsi halları 20 faiz, olduqları yerin müəyyən edilməsi halları isə 38 faiz artıb.


Ekspress.az