Türkiyə kitab, qəzet və jurnal qiymətlərinə ƏDV tətbiqini ləğv edir

10.02.2019 20:47
216
Türkiyə kitab, qəzet və jurnal qiymətlərinə ƏDV tətbiqini ləğv edir


Türkiyədə kitab, qəzet və jurnal qiymətlərinə tətbiq olunan əlavə dəyər verigisi (ƏDV) sıfıra endirilir. Qardaş ölkə mediasının məlumatına əsasən, bununla bağlı məlumatı Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb.


Ərdoğan qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində müvafiq qanunun qəbulundan sonra kitabda və digər qəzet, jurnalda ƏDV dərəcəsi sıfıra salınacaq.


Ərdoğan Atatürk Mədəniyyət Mərkəzinin təməlatma məraimində çıxışı zamanı bildirib ki, rəqəmsal texnologiyanın inkişafı mətbuat orqanlarının, həmçinin kitablarının satışını çətinləşdirirdi. Dövlətin vergi dəstəyi onların rəqabət qabiliyyətini artıracaq.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND