• 25 °C Bakı
  • 21 °C Quba
  • 26 °C Gəncə
  • 25 °C Yevlax
  • 30 °C Naxçıvan

Dollara tələb artır 

25.04.2019 12:41
59
Dollara tələb artır 

Amerikanın fond bazarlarında risk iştahının artması, dollara olan tələbi də artırır, siyasi və iqtisadi risklər qızılı bahalaşdırır.

 

Amerikanın fond bazarlarında indekslərin sürətlə bahalaşması, valyuta birjalarında dollara olan tələbin də artmasına səbəb olur. Lakin mütəxəssislər fond bazarlarındaki bahalaşmanın əsasında fundamental amillərin dayanmadığını bildirirlər.

 

Bununla yanaşı, aparıcı valyutaların dollara nisbətən qiymətləri də təzyiq altındadır. Belə ki, EUR/USD məzənnəsi artıq 1.12$-ın altında ticarət olunur və 1.1075$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Əlvan metallar bazarlarında qızılın qiymətində isə bahalaşma müşahidə edilir və qızılın bir unsiya üzrə qiyməti 1280$-ı yuxarı istiqamətdə qırarsa, 1295$-a kimi də bahalaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND