Ermənilər sosial şəbəkələrdə öz işğalçı siyasətlərini təbliğ edirlər

13.09.2019 17:15
77
Ermənilər sosial şəbəkələrdə öz işğalçı siyasətlərini təbliğ edirlər

“Bu gün biz həm də informasiya müharibəsi şəraitində yaşayırıq. Ona görə də sosial şəbəkələrdə aktiv olmalıyıq ki, ermənilər bu sahədə bizi üstələməsinlər”.


Ekspress.az xəbər verir ki, bunu "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın İdarə Heyətinin Dağlıq Qarabağdan olan və bu il ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə keçirdiyi görüşdə icma rəhbəri Tural Gəncəliyev deyib.


İcma rəhbəri tələbələri sosial şəbəkələrdə fəal olmağa çağırıb: “Bu gün beynəlxalq aləmdə informasiya savaşında öndə olmalıyıq. Çünki hazırkı durumda zəruri olan məsələlərdən biri də budur. Ermənilər sosial şəbəkələr vasitəsilə öz işğalçı siyasətlərini təbliğ edirlər. Ona görə də biz Azərbaycan həqiqətlərini dünyaya, beynəlxalq aləmə çatdırmaq üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə etməliyik. Təbii ki, bu mübarizədə də çətinliklərlə üzləşmək qaçılmazdır. Bizim də sosial şəbəkə hesablarımıza bir neçə dəfə ermənilər tərəfindən müdaxilələr olub. Amma sonradan bütün bu müdaxilələrin qarşısı alınıb”. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND