Petkim xalis mənfəətini 14 faiz artırıb

10.05.2019 21:37
146
Petkim xalis mənfəətini 14 faiz artırıb

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Petkim Holding” bu ilin I rübündə 144 mln. Türkiyə lirəsi (TRY) xalis mənfəət əldə edib. Bu isə ötən ilin müvafiq dövründən 14% çoxdur.

 

Şirkət hesabat dövründə satışlarını 51% artıraraq 2,83 mlrd. TRY gəlir əldə edib.

 

I rübdə Etilen fabriki 99% istehsal gücündə çalışıb.

 

“Petkim”in baş direktoru Anar Məmmədov I rübün uğurlu olduğunu bildirib. “STAR zavodu ilə inteqrasiya şəklində işləməyimizin ilk uğurlarını görürük. Bu sinerjinin yaradacağı faydanı ilin sonuna qədər daha çox hiss edəcəyik (report). Bazar şərtlərinə və durğunluq gözləntilərinə baxmayaraq Türkiyə sənayesi və iqtisadiyyatı üçün dəyər yaratmağa kökləndik və investisiyalarımıza davam etdik. 2019-cu ildə də bazarın və müştərilərimizin ehtiyaclarını sürətli və heç bir çatışmazlıq olmadan qarşılayaraq Türkiyədə əlavə dəyər yaradan istehsalın lideri olmağa davam edəcəyik”,- A. Məmmədov bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND