Putinlə Makron Ukrayna məsələsini müzakirə etdi

09.09.2019 09:08
62
Putinlə Makron Ukrayna məsələsini müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla müzakirə aparıb.


Ekspress.az xarici mediaya istinadən xəbər verir ki, prezidentlər telefon danışığı zamanı Rusiya ilə Ukrayna arasında şənbə günü girovların mübadiləsini müsbət qiymətləndirib.


Məlumata görə, prezidentlər girovların dəyişdirilməsinin Rusiya-Ukrayna münasibətlərinin normallaşmasına öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildiriblər.


Danışıqlar zamanı həmçinin iki ölkə arasında Norman formatı çərçivəsində konstruktiv müştərək işləri davam etdirmək əzmini bir daha təsdiqləyiblər.


Rusiya Prezidenti rəsmi Kiyevin 2015-2016-cı illərdə Paris və Berlində əldə olunan razılaşmaları yerinə yetirməsinin vacibliyinə diqqət çəkib. (unikal)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND