Pike Messiyə öz klubunda səhmdar olmağı təklif etdi

07.01.2019 21:58
70
Pike Messiyə öz klubunda səhmdar olmağı təklif etdi

İspaniyanın "Andorra" klubunun sahibi olan "Barselona"nın futbolçusu Jerard Pike komanda yoldaşı Lionel Messiyə klubunda səhmdar olmağı təklif edib.


Ekspress.az xarici mətbuata istinadla xəbər verir ki, 32 yaşlı müdafiəçinin "Cosmos" şirkəti hazırda layihəyə qatılmaq üçün Messinin nümayəndələri ilə görüşür və tərəflərin razılaşmaya çox yaxın olduqları bildirilir.


Pike Messi vasitəsilə sponsorları cəlb etməklə dünyanın "Andorra" klubuna olan marağını artırmaq niyyətindədir.


Qeyd edək ki, "Andorra" klubu İspaniyanın V divizionunda çıxış edir. 

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND