Azər­bay­can­lı­lar Av­ro­pa­da təş­ki­lat­la­nır

05.11.2018 18:58
488
Azər­bay­can­lı­lar Av­ro­pa­da təş­ki­lat­la­nır

Hol­lan­di­ya-Bel­çi­ka Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı ya­ra­dıl­dı

 

Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin qar­şı­ya qoy­du­ğu məq­səd­lər­dən bi­ri də xa­ric­də­ki həm­və­tən­lə­ri­mi­zin ya­şa­dıq­la­rı öl­kə­lər­də in­teq­ra­si­ya­sı­nın di­na­mik­ləş­mə­si­nə, Azər­bay­can hə­qi­qət­lə­ri­nin ge­niş ya­yıl­ma­sı­nın mü­tə­ma­di ol­ma­sı­na na­il ol­maq­dır.


Di­as­por mə­sə­lə­lə­ri ilə bağ­lı stra­te­ji is­ti­qa­mət­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si dün­ya öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nı dün­ya­nın ən güc­lü di­as­por­la­rın­dan bi­ri­nə çe­vi­rə­cək. Qeyd edək ki, di­as­por işi ilə bağ­lı ye­ni yol xə­ri­tə­si­nin ha­zır­la­nıb və bu­nun da əsas məq­sə­di dün­ya­da­kı bü­tün azər­bay­can­lı­la­rın bir­ləş­di­ril­mə­si­nə na­il ol­maq­dır.


Bu gün xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar ara­sın­da ideo­lo­ji, mə­nə­vi, si­ya­si və iq­ti­sa­di amil­lə­rə əsas­la­nan bir­li­yin tə­min olun­ma­sı­na ça­lı­şı­lır, azər­bay­can­lı­lar ara­sın­da mil­li həm­rəy­lik və bir­lik ide­ya­la­rı təb­liğ olu­nur.

Di­as­por təş­ki­lat­la­rı­nın ya­ra­dıl­ma­sı pro­se­si­nə dəs­tək ve­ril­mək­lə ya­na­şı azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­dı­ğı, ya­xud zə­if təş­ki­lat­lan­dı­ğı öl­kə­lər­də ye­ni ic­ma və bir­lik­lə­rin ya­ra­dıl­ma­sı­na diq­qət ar­tı­rı­lır.


Bu­nun üçün Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nə dəs­tək güc­lən­di­ri­lir, Azər­bay­can ic­ma­la­rı tə­rə­fin­dən təş­kil olu­nan bü­tün təd­bir­lər­də - eti­raz ak­si­ya­la­rın­da, el­mi-prak­tik konf­rans­lar­da, sər­gi­lər­də, mə­də­ni küt­lə­vi təd­bir­lər­də fə­al iş­ti­rak edi­lir, ay­rı-ay­rı öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı ara­sın­da in­teq­ra­si­ya me­yil­lə­ri­nin güc­lən­di­ril­mə­si, on­la­rın fəa­liy­yə­ti­nin va­hid mər­kəz­dən əla­qə­lən­di­ril­mə­si məq­sə­di­lə əla­qə­lən­di­ri­ci qu­rum­la­rın (konq­ress, fe­de­ra­si­ya, as­so­sia­si­ya) ya­ra­dıl­ma­sı­na diq­qət ay­rı­lır.


Azər­bay­can­lı­la­rın küt­lə­vi şə­kil­də məs­kun­laş­dı­ğı öl­kə­lər­də ey­ni fəa­liy­yət sa­hə­sin­də ça­lı­şan həm­və­tən­lə­ri­miz ara­sın­da əla­qə­lə­rin ya­ra­dıl­ma­sı­na səy gös­tə­ri­lir. Bu məq­səd­lə azər­bay­can­lı iş adam­la­rı, azər­bay­can­lı jur­na­list­lər, elm adam­la­rı, mə­də­niy­yət xa­dim­lə­ri bir­lik­lə­ri­nin ya­ra­dıl­ma­sı­na ça­lı­şı­lır.


Təş­ki­lat­lan­ma işin­də qa­dın­la­rın da dəs­tə­yin­dən is­ti­fa­də edi­lir. Xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı qa­dın­la­rın di­as­por qu­ru­cu­lu­ğu işi­nə cəlb olun­ma­sı, elə­cə də ha­zır­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı­nın nəz­din­də Qa­dın­lar Şu­ra­sı­nın ya­ra­dıl­mas üçün təd­bir­lər gö­rü­lür.

Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­ra ən çox töv­si­yə edi­lən mə­sə­lə­lər­dən bi­ri də ko­or­di­na­si­ya­dır. Bu məq­səd­lə bir öl­kə da­xi­lin­də ay­rı-ay­rı­lıq­da fəa­liy­yət gös­tə­rən ic­ma və qu­rum­la­rın ko­or­di­na­si­ya şu­ra­la­rı ya­ra­dı­lır, həm­çi­nin di­as­por təş­ki­lat­la­rı­nın qi­tə­lər üz­rə bir­ləş­di­ril­mə­si pro­se­si­nin da­vam et­di­ri­lir.


Eti­raf edil­mə­li­dir ki, bu mə­sə­lə xü­su­si­lə Fu­ad Mu­ra­dov adı­çə­ki­lən ko­mi­tə­nin səd­ri tə­yin edi­lən­dən son­ra da­ha da ak­tu­al­la­şıb. Fu­ad Mu­ra­dov Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri tə­yin olu­nan­dan son­ra dün­ya­nın ay­rı-ay­rı öl­kə­lə­ri­nə sə­fər edə­rək, hə­min öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar­la gö­rüş­lər ke­çi­rir, on­la­rın ya­rat­dıq­la­rı di­as­por təş­ki­lat­la­rı­nın bir-bi­riy­lə da­ha sıx, əla­qə­li fəa­liy­yət gös­tər­mə­si­nə na­il olu­nur. Son bir ne­çə ay ər­zin­də Av­ro­pa­nın Al­ma­ni­ya, Fran­sa, İs­veç­rə ki­mi iri döv­lət­lə­rin­də Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya şu­ra­la­rı­nın ya­ra­dıl­ma­sı de­dik­lə­ri­mi­zə əya­ni sü­but­dur. Qeyd edək ki, ya­ran­dıq­la­rı qı­sa müd­dət ər­zin­də adı­çə­ki­dən şu­ra­la­rın fəa­liy­yə­tin­də can­lan­ma mü­şa­hi­də olu­nur.


Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya şu­ra­la­rı­nın for­ma­laş­dı­ran soy­daş­la­rı­mız bu qu­rum­la­rın ya­ran­ma­sı ilə Azər­bay­can di­as­po­run­da ye­ni mər­hə­lə­nin baş­lan­dı­ğı­nı eti­raf edir­lər. Soy­daş­la­rı­mız bu şu­ra­la­rı Azər­bay­can di­as­po­ru­nun həm­rəy­lik nü­ma­yiş et­dir­mə­si, ye­ni me­tod­lar­dan is­ti­fa­də et­mə­si döv­rü ad­lan­dı­ra­rır­lar. Bil­di­rir­lər ki, Av­ro­pa­da ye­ni me­tod­la­rın di­as­por­da is­ti­fa­də olun­ma­sı ar­tıq nə­ti­cə eti­ba­ri­lə özü­nü bü­ru­zə ver­mək­də­dir.


Xa­ric­də­ki azər­bay­can­lı­lar Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun Av­ro­pa­nın bir sı­ra öl­kə­lə­rin­də həm­və­tən­lə­ri­miz­lə et­di­yi son gö­rüş­lər, mü­za­ki­rə­lər və alı­nan qə­rar­la­rın cid­di can­lan­ma­ya sə­bəb ol­du­ğu qə­naə­tin­də­dir­lər. On­la­rın fik­rin­cə, bu, in­di lob­bi­çi­li­yin dir­çəl­mə­sin­də özü­nü gös­tə­rir. Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar əmin­dir­lər ki, di­as­por sa­hə­sin­də tət­biq edi­lən ye­ni me­tod­lar lob­bi­çi­li­yi də sü­rət­lən­di­rə­cək. Gənc­lə­ri­mi­zin yer­li par­ti­ya­la­ra üzv ol­ma­sı­nın ak­tu­al mə­sə­lə­yə çev­ril­di­yi­ni və gün­dəm­də ol­du­ğu­nu de­yən soy­daş­la­rı­mı­za gö­rə, əsas in­teq­ra­si­ya­nın güc­lü ol­ma­sı­dır. Əks hal­da, lob­bi­çi­lik zə­ig in­ki­şaf edər.


Yu­xa­rı­da da qeyd et­di­yi­miz ki­mi, ar­tıq Al­ma­ni­ya­da, Fran­sa­da, İs­veç­rə­də Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya şu­ra­la­rı ya­ra­dı­lıb. Bu is­ti­qa­mət­də gö­rü­lən iş­lər­sə da­vam edir. Be­lə ki, bu­gün­dər­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti­nin iş­ti­ra­kıy­la Av­ro­pa­da da bir ko­or­di­na­si­ya şu­ra­sı for­ma­laş­dı­rı­lıb. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­sin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, nü­ma­yən­də he­yə­ti­nin sə­fə­ri Haa­qa şə­hə­rin­də Azər­bay­can sə­fir­li­yi­nin bi­na­sın­da ümum­mil­li li­der Hey­dər Əli­ye­vin büs­tü önü­nə gül dəs­tə­si­nin qo­yul­ma­sı ilə baş­la­nıb. Da­ha son­ra nü­ma­yən­də he­yə­ti Hol­lan­di­ya və Bel­çi­ka Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın tə­sis yı­ğın­ca­ğın­da iş­ti­rak edib. Tə­sis yı­ğın­ca­ğın­da sə­fir­li­yin nü­ma­yən­də­lə­ri, təş­ki­lat rəh­bər­lə­ri, azər­bay­can­lı gənc­lər və di­gər qo­naq­lar iş­ti­rak edib.


Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı tə­şəb­bü­sü­nü müs­bət də­yər­lən­di­rən Döv­lət Ko­mi­tə­si­nin səd­ri Azər­bay­can di­as­po­ru­nun ye­ni in­ki­şaf is­ti­qa­mət­lə­ri ilə bağ­lı mə­lu­mat ve­rə­rək bil­di­rib ki, di­as­po­run qar­şı­sın­da du­ran ən baş­lı­ca mə­sə­lə təş­ki­lat­la­rın bir­gə fəa­liy­yə­ti­nə na­il ol­maq, di­as­por fəa­liy­yə­ti­ni ko­or­di­na­si­ya et­mək­dir. Av­ro­pa­nın bir sı­ra öl­kə­lə­rin­də, di­as­por təş­ki­lat­la­rı tə­rə­fin­dən, ar­tıq Ko­or­di­na­si­ya Şu­ra­la­rı­nın for­ma­laş­dı­rıl­dı­ğı­nı xa­tır­la­dan Ko­mi­tə rəh­bə­ri qeyd edib ki, yal­nız ko­or­di­na­si­ya olu­nan bir­gə fəa­liy­yət, təş­ki­lat­la­rın bir-bi­ri və Döv­lət Ko­mi­tə­si ilə sıx əmək­daş­lı­ğı nə­ti­cə­sin­də hə­dəf­lə­rə çat­maq müm­kün­dür.


Ey­ni za­man­da, qeyd edi­lib ki, Döv­lət Ko­mi­tə­si də bir­gə, kol­le­gi­al qə­rar­la­ra da­ha çox üs­tün­lük ve­rə­cək.


Di­as­por təm­sil­çi­lə­ri müa­sir dövr­də təş­ki­lat­lar ara­sın­da əmək­daş­lı­ğın va­cib­li­yi­ni vur­ğu­la­ya­raq, va­hid şu­ra­da bir­ləş­mək və gə­lə­cək pers­pek­tiv­lər­lə bağ­lı fi­kir­lə­ri­ni bil­di­rib­lər. Qeyd olu­nub ki, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız azər­bay­can­çı­lıq ide­ya­la­rı ət­ra­fın­da bir­ləş­mə­li, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si və Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da mü­hüm ad­dım­lar at­ma­lı­dır.


Təd­bir iş­ti­rak­çı­la­rı Mü­va­fiq Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı və ko­or­di­na­to­run se­çil­mə­si ilə bağ­lı tək­lif­lər səs­lən­di­ri­lib.


Top­lan­tı­da çı­xış edən Hol­lan­di­ya və Bel­çi­ka­da­kı di­as­por təm­sil­çi­lə­ri də müa­sir dövr­də təş­ki­lat­lar ara­sın­da əmək­daş­lı­ğın va­cib­li­yi­ni vur­ğu­la­ya­raq va­hid şu­ra­da bir­ləş­mək və gə­lə­cək pers­pek­tiv­lər­lə bağ­lı öz fi­kir­lə­ri­ni bil­di­rib.


Da­ha son­ra El­sə­vər Məm­mə­dov Be­ne­luks Azər­bay­can­lı­la­rı Konq­re­si­nin (BAK) səd­ri se­çi­lib.

Av­ro­pa Bir­li­yin­də ye­ga­nı Azər­bay­can di­lin­də ya­yım hü­qu­qu olan "Xu­da­fə­rin" jur­na­lı­nın baş re­dak­to­ru El­man Mus­ta­fa­za­də isə sax­ta cə­miy­yət rəh­bər­lə­ri­nin mil­li ma­raq­la­ra vur­du­ğu zə­rər­lər­dən, Av­ro­pa­da ya­şa­yan həm­yer­li­lə­ri­mi­zin bey­nəl­xalq qu­rum­lar qar­şı­sın­da pas­siv fəa­liy­yə­tin­dən, zi­ya­lı və gənc­lər­lə son il­lər ər­zin­də ya­ra­nan zə­if əmək­daş­lıq­dan söz açıb.


El­man Mus­ta­fa­za­də, ey­ni za­man­da Av­ro­pa və Ru­si­ya­da Azər­bay­can di­as­po­ru­nun rast­laş­dı­ğı çə­ti­nik­lə­ri də diq­qə­tə ça­tı­dı­rıb. "Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ye­ni rəh­bə­ri Fu­ad Mu­ra­dov­la gö­rü­şüm za­ma­nı o, mən­də sə­mi­mi, iş­gü­zar, ba­ca­rıq­lı və və­tən­se­vər bir in­san tə­si­ri ya­rat­dı" de­yən Mus­ta­fa­za­də bil­di­rib ki, bu gün Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si gənc­lə­şib. "Gənc­lik isə sağ­lam dü­şün­cə və ener­ji mən­bə­yi de­mək­dir".


Be­lə­lik­lə, gö­rüş­də Hol­lan­di­ya-Bel­çi­ka Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı tə­sis edi­lib. Yı­ğın­caq­da "Eu­ro­AzNL" təş­ki­la­tı­nın rəh­bə­ri Emil Əli­yev və "Ana və­tən" Ni­der­land Azər­bay­can­lı Qa­dın­lar Bir­li­yi­nin səd­ri Mai­sə Ağa­mir­zə­ye­va (Gün­doğ­du) Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­lə­ri se­çi­lib.


Ye­ri gəl­miş­kən, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti Av­ro­pa­da müx­tə­lif gö­rüş­lər ke­çi­rir. Sə­fər çər­çi­və­sin­də nü­ma­yən­də he­yə­ti Xo­ca­lı soy­qı­rı­mı abi­də­si­ni zi­ya­rət edib, önü­nə gül dəs­tə­lə­ri qo­yub və fa­ciə qur­ban­la­rı­nın xa­ti­rə­si yad edi­lib.


Da­ha son­ra, Bey­nəl­xalq Miq­ra­si­ya Təş­ki­la­tı­nın Hol­lan­di­ya nü­ma­yən­də­li­yi­nin rəh­bə­ri An­to­nio Po­lo­sa ilə gö­rüş ke­çi­ri­lib.


Gö­rüş za­ma­nı, miq­ra­si­ya və di­as­por mə­sə­lə­lə­ri­nin mü­za­ki­rə edil­di­yi gö­rüş­də gə­lə­cək əmək­daş­lı­ğa da­ir fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Döv­lət Ko­mi­tə­si­nin səd­ri müa­sir dövr­də miq­ra­si­ya pro­ses­lə­ri­nin qa­çıl­maz ol­du­ğu­nu və di­as­por hə­rə­ka­tı­nın əsas tər­ki­bin­də miq­rant­la­rın xü­su­si yer tut­du­ğu­nu bil­di­rib. Ey­ni za­man­da, qeyd edib ki, miq­rant­la­rın də­qiq bir sta­tis­ti­ka­sı­nın ol­ma­sı da va­cib­dir.

Bey­nəl­xalq Miq­ra­si­ya Təş­ki­la­tı­nın nü­ma­yən­də­si isə, öz növ­bə­sin­də, miq­ra­si­ya­nın cid­di bir pro­ses ol­du­ğu­nu, miq­rant­la­rın hə­ya­tı, sa­yı­nın mü­əy­yən edil­mə­si və s. is­ti­qa­mət­lər­də əmək­daş­lı­ğın zə­ru­ri­li­yi­ni qeyd edib. Bil­di­rib ki, Bey­nəl­xalq Miq­ra­si­ya Təş­ki­la­tı bu mə­sə­lə­lər­lə bağ­lı əmək­daş­lı­ğa ha­zır­dır.


Son­da Təş­ki­la­tın Hol­lan­di­ya nü­ma­yən­də­li­yi­nə xa­ti­rə hə­diy­yə­lə­ri təq­dim edi­lib.

 

Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND