• 9 °C Bakı
  • 3 °C Quba
  • 9 °C Gəncə
  • 8 °C Yevlax
  • 16 °C Naxçıvan

Polis əməliyyat keçirdi, keçmiş məhkumda odlu silah və sursat aşkarlandı

11.02.2019 11:55
76
Polis əməliyyat keçirdi, keçmiş məhkumda odlu silah və sursat aşkarlandı

Bakı sakini küçədə silah-sursatla yaxalanıb.


Hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib. Belə ki, Nizami rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.


S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb (Trend).


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND