• 29 °C Gəncə
  • 28 °C Yevlax
  • 28 °C Naxçıvan
  • 25 °C Bakı
  • 22 °C Quba

Çin ABŞ-ın idxal vergilərini artırması qərarına qarşı tədbirlər görəcək

10.05.2019 12:38
50
Çin ABŞ-ın idxal vergilərini artırması qərarına qarşı tədbirlər görəcək


"Çin ABŞ-a ixrac olunan Çin malları üzərinə qoyulan vergini artırılması qərarına 

dərindən təəssüflənir".


Çinin Ticarət Nazirliyinin rəsmi saytının xəbərinə görə, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.


“ABŞ bu ölkəyə 200 milyard dollar dəyərində ixrac olunan Çin mallarına qoyulan vergini 10 faizdən 25 faizə qaldırıb (ONA). Çin bu qərardan dərin təəssüf hissi keçirir və bu qərara qarşı zəruri cavab tədbirləri atmalı olacaq”,- deyə bəyanatda qeyd olunur.  


Nazirlik bildirib ki, Çin və ABŞ arasında ticarət danışıqları davam edir və onlar ümid edir ki, tərəflər birgə işləyərək mövcud problemi əməkdaşlıq və məsləhətləşmələr vasitəsilə həll edəcəklər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND