Azərbaycanın beynəlxalq təşkilatlarla imzaladığı sənədlərin sayı açıqlanıb

05.07.2019 13:30
140
Azərbaycanın beynəlxalq təşkilatlarla imzaladığı sənədlərin sayı açıqlanıb

"1993-cü ildən 2019-cu ilə kimi xarici siyasətlə bağlı 1165 qanun qəbul edilib, Azərbaycan Prezidentinin 443 Fərmanı imzalanıb".

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident Kitabxanasının "Azərbaycan diplomatiyası" adlı elektron resursunun təqdimatı zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu müddət ərzində beynəlxalq təşkilatlarla imzalanmış sənədlərin sayı 102-dir ki, onların 27-si son 5 ildə imzalanıb.

H. Hacıyev qeyd edib ki, 19 ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri haqqında müxtəlif sənədlər imzalanıb.


Ekspress.az