Yaponiyada dünyanın ən uzun yelləncəyi quraşdırılıb

12.05.2019 21:28
183
Yaponiyada dünyanın ən uzun yelləncəyi quraşdırılıb

Yaponiyanın Kitakyuşu şəhərində dairə şəklində quraşdırılmış 163 metr uzunluğunda çoxyerli yelləncək dünyanın ən uzun yelləncəyi kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib.


Kyodo agentliyi xəbər verir ki, bu polad konstruksiyada eyni vaxtda 100 nəfər yellənə bilər. Bildirilir ki, yelləncək Kyüçü adasının şimalındakı şəhərin “Hibikinada” əyləncə parkında quraşdırılıb.


“Ginnesin rekordlar kitabı”nın nümayəndələri şəxsən bu konstruksiyanın uzunluğunu ölçdükdən sonra onun dünyanın ən uzun yelləncəyi olduğunu təsdiq ediblər. Bununla əlaqədar rəsmi diplom yerli bələdiyyənin nümayəndəsinə təqdim olunub (Azərtac).


Həmin yelləncəyin inşası üçün yerli büdcədən 120 milyon yen (təqribən 1 milyon dollar) vəsait sərf olunub.


Bundan əvvəl dünyanın ən uzun yelləncəyinin Niderlanddakı parkda yerləşdiyi və uzunluğunun 133 metrə bərabər olduğu bildirilirdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND