Rövşanədən sərt sözlər: "Bu dəhşətdir, tərbiyəsizlikdir"


04.09.2019 12:00
48
Rövşanədən sərt sözlər: "Bu dəhşətdir, tərbiyəsizlikdir"

Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə təhqir yazan insanlardan danışıb.


Ekspress.az xəbər verir ki, aparıcı həmin insanlara qarşı sərt fiikrlər səsləndirib:


“Məni ən çox qıcıqlandıran sosial şəbəkədə yazılan təhqirlərdir. Sosial şəbəkələr uğursuz insanların aqressiyasını tökmək üçün bir meydana sevrilib. Çünki uğurlu insan bu qədər təhqir “qusa” bilməz. 


Bu dəhşətdir, tərbiyəsizlikdir. Belə adamlara qarşı hüquq mühafizə orqanları ilə bərabər ciddi şəkildə ictimai qınaq da olmalıdır. Sənə kim ixtiyar verir ki, kimisə təhqir edəsən, dərəbəylikdir?” (yenicag)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND