Bakının bu küçəsini su basdı - Foto


11.07.2019 11:18
76
Bakının bu küçəsini su basdı - Foto

Binəqədi rayonu, 7-ci mikrorayondakı Abay Kunanbayev küçəsini su basıb.


Ekspress.az xəbər verir ki, sözügedən küçədə avtomobil yolunun altından keçən kanalizasiya borusu partlayıb. Partlayan boru yolun asfalt qatını da dağıdıb.


Abay Kunanbayev küçəsi bu səbəbdən suya qərq olub. Səhər saatlarında baş verən qəzaya görə yolda hərəkət çətinləşib. Problemin aradan qaldırılması üçün hazırda ərazidə iş gedir (axar.az).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND