• 21 °C Bakı
  • 18 °C Quba
  • 27 °C Gəncə
  • 25 °C Yevlax
  • 27 °C Naxçıvan

Gmail poçt ünvanını 3-cü şəxs oxuya bilər

24.02.2019 13:29
257
Gmail poçt ünvanını 3-cü şəxs oxuya bilər

Google şirkəti təsdiq edib ki, bəzən üçüncü tərəf şəxsi Gmail ünvanındakı məktubları oxuya bilər. Öz hesablarına müxtəlif tətbiqlər yükləyən insanlar, özləri də bilmədən elektron məktublarının oxunmasına yol aça bilərlər.


Ekspress.az xəbər verir ki, belə şirkətlərdən biri Wall Street Journal-a bildirib ki, bu adi təcrübədir və bu sahənin "çirkli sirridir". Google şirkəti bildirib ki, bu təcrübə şirkətin qaydalarına zidd deyil.Gmail dünyanın ən böyük elektron poçt xidmətidir (fins.az). Onun 1.4 milyard istifadəçisi var. Google istifadəçilərinə üçüncü tərəfə məxsus tədbiqlərə qoşulmağa imkan yaradır - misal üçün, bilet alışında kömək edən və ya məhsulların və xidmətlərin qiymətlərini müqayisə edən proqramlara.


Belə olduğu halda istifadəçiyə xəbərdarlıq edilir ki, üçüncü tərəf onların poçt qutusuna daxil ola bilər və bununla razıdırlarmı. İcazə Belə halarda elektron poçt kompüter alqoritmləri tərəfindən skan edilir. Bir sıra şirkətlər Wall Street Journal-a bildiriblər ki, onların əməkdaşları minlərlə email-i oxuyurlar. Edison Software Ltd qəzetə bildirib ki, yeni tətbiq hazırlamaq üçün minlərlə adamın şəxsi elektron məktublarını oxuyublar. Digər bir şirkət eDataSource Inc bildirir ki, öz alqoritmlərinin işini yaxşılaşdırmaq üçün istifadəçilərin şəxsi email-lərini oxuyublar.


Şirkət bunun üçün istifadəçilərdən xüsusi icazə almadığını və istifadəçilərin buna avtomatik razılaşdığını bildirib. Google bildirir ki, şəxsi email-lərə girişi yalnız etibarlı şirkətlər əldə edib və bu, yalnız istifadəçilərin icazəsilə mümkündür.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND