Gürcüstan prezidenti hansı səbəbdən zirehli gödəkçədə gəzdi? - FOTO

09.02.2019 00:35
198
Gürcüstan prezidenti hansı səbəbdən zirehli gödəkçədə gəzdi? - FOTO

Gürcüstan prezidenti Salome Zurabişvili Əfqanıstana səfər edib.


Ekspress.az xəbər verir ki, Gürcüstanın İctimai Televiziyasının məlumatına görə, o, NATO-nun “Qətiyyətli dəstək” missiyasında iştirak edən Gürcüstan hərbçiləri ilə görüşüb.


Zurabişvili gürcü hərbçilərin yerləşdiyi hərbi bazalara baş çəkib. O, hərbi bazalarda olarkən zirehli gödəkçədən istifadə edib.


Səfər çərçivəsində Gürcüstan prezidenti NATO-nun Əfqanıstan missiyasının komandanlığı, habelə ölkə prezidenti Əşrəf Qani ilə görüşüb.

  • SON XƏBƏR
  • TREND