Röyanın ölüm xəbərini aparıcı Zaur yayıbmış

23.05.2019 18:48
64
Röyanın ölüm xəbərini aparıcı Zaur yayıbmış

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.


Ekspress.az məlumat verir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 22-də rayonun Cimi kəndi ərazisindən keçən Cimi çayında baş verib.


2016-cı il təvəllüdlü Yusif Abdullayev əmisi nəvəsi, həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayının yanına gəlib və orada oynamağa davam ediblər (big.az). Bu zaman hər ikisi yıxılaraq çaya düşüb. Qızbikə Abdullayeva çaydan çıxarılaraq xilas olunub, Y.Abdullayev isə orada boğularaq ölüb.


Rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND