ABŞ 4 şəxsi qara siyahıya saldı: İran və HƏMAS...


30.08.2019 12:03
152
ABŞ 4 şəxsi qara siyahıya saldı: İran və HƏMAS...

ABŞ Maliyyə Nazirliyi 4 nəfəri İran İslam İnqilabı Keşikçilər Korpusu ilə HƏMAS arasında maliyyə köçürmələrinə yardım etdiyi üçün sanksiyalar siyahısına daxil edib.


Ekspress.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.


Məlumata görə, siyahıda yer alan şəxslər SEPAH-ın Əl Qüds briqadasından HƏMAS-ın İzzəddin əl Qəssam briqadasına milyonlarla dollar vəsait daşıyıblar. Bu şəxslərdən 3-nün Qəzzada, birinin isə Livanda yaşadığı vurğulanıb. (axar)


Ekspress.az


Açar sözlər: