El­xan Mir­hə­şim­li: "Ar­tıq dün­ya bi­zim də sə­si­mi­zi eşi­dir"

15.08.2018 10:59
350
El­xan Mir­hə­şim­li: "Ar­tıq dün­ya bi­zim də sə­si­mi­zi eşi­dir"

Diaspor rəhbəri: "Hol­lan­di­ya­da­kı 18 min azər­bay­can­lı­ya "ay­da 1 eu­ro üzv­lük haq­qı ödə­yin" de­sək, mil­li ma­raq­lar bir an­da de­di-qo­du­ya çev­ri­lər"


"Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si bi­zim ağ­rı­lı, bir nöm­rə­li prob­le­mi­miz­dir. Ona gö­rə də Azər­bay­can­dan kə­nar­da ya­şa­yan hər bir azər­bay­can­lı ki­mi məq­sə­di­miz hər za­man er­mə­ni mil­lət­çi­lə­ri­nin tor­paq­la­rı­mı­zın 20 fai­zi­ni iş­ğal et­mə­si­ni, 1 mil­yo­na ya­xın qaç­qın və məc­bu­ri köç­kü­nün öz yurd-yu­va­la­rın­dan di­dər­gin düş­mə­si­ni, er­mə­ni­lə­rin Azər­bay­can türk­lə­ri­nə qar­şı ta­ri­xin müx­tə­lif dövr­lə­rin­də hə­ya­ta ke­çir­dik­lə­ri ter­ror və soy­qı­rı­mı akt­la­rı­nı hər za­man hol­land və Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq­dır". Bu fi­kir­lər "Hol­lan­di­ya Azər­bay­can Evi"nin səd­ri El­xan Mir­hə­şim­li­yə aid­dir.


Uzun il­lər­dir di­as­por sa­hə­sin­də ça­lı­şan E.Mir­hə­şim­li bil­di­rir ki, təş­ki­la­tı ya­rat­maq­da məq­səd Ni­der­land­da­kı azər­bay­can­lı­la­rın yer­li xal­qa in­teq­ra­si­ya­sı­nı da­ha da ar­tır­maq­dır: "2001-ci il­dən Ni­der­land Kral­lı­ğın­da ya­şa­yı­ram, 2002-ci il­dən isə Azər­bay­ca­nın mil­li ma­raq­la­rı­nı, haqq sə­si­mi­zi, Qa­ra­bağ prob­lem­le­ri haq­qin­da yer­li ic­ti­ma­iy­yə­ti maa­rif­lən­dir­mə­yə baş­la­mı­şam. Bü­tün bu fəa­liy­yə­tim nə­ti­cə­sin­də qa­zan­dı­ğım təc­rü­bə­yə ar­xa­la­na­raq "Ni­der­land Azər­bay­can Evi" təş­ki­la­tı­nı rəs­mi ola­raq Ni­der­land Kral­lı­ğın­da qey­diy­yat­dan ke­çi­rib fəa­liy­yə­ti­mi rəs­mi ola­raq di­as­por təş­ki­la­tı ki­mi da­vam et­dir­mə­yə baş­la­dım. Ha­zır­da bu təş­ki­la­ta rəh­bər­lik et­mək­lə ya­na­şı, ey­ni za­man­da mil­li, mə­də­ni si­ya­si pro­ses­lər­də Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti­ni Ni­der­land­da təb­liğ edi­rəm.


- Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti­nin təb­li­ğa­tı ilə di­gər soy­daş­la­rı­mız da məş­ğul olur. Ümu­miy­yət­lə, soy­daş­la­rı­mız­la bir ara­ya gə­lə bi­lir­si­niz və be­lə bir mə­qam­da gün­dəm möv­zu­su nə­dən iba­rət olur?

- Ni­der­land­da ya­şa­yan soy­daş­la­rı­mız­la bir ara­ya gəl­dik­də, gün­dəm möv­zu­su müx­tə­lif fi­kir­lər üzə­rin­də qu­ru­lur. Mə­sə­lən, 1-ci qrup Ni­der­lan­da ya­şa­yan soy­daş­la­rı­mız ümu­miy­yət­lə, heç kim­lə bağ­lan­tı qur­mur­lar, sa­də­cə öz hə­yat­la­rı­nı ya­şa­yır­lar. Ça­lı­şır­lar və ai­lə çər­çi­və­sin­də öz hə­yat­la­rı­nı dü­şü­nür­lər. 2-ci qrup he­sab olu­nan soy­daş­la­rı­mız Ni­der­land­da ya­şa­yan zi­ya­lı­la­rı­mız­dır. Zi­ya­lı söh­bə­ti elə baş­dan-aya­ğa və­tən üzə­rin­də qu­ru­lur - iş­ğal olun­muş tor­paq­la­rı­mız, Qa­ra­bağ hə­qi­qət­lə­ri, Xo­ca­lı soy­qı­rı­mı ve re­gi­on­da ge­dən si­ya­si pro­ses­lər və s. gü­nün əsas möv­zu­su olur. Av­ro­pa öl­kə­lə­ri ilə Azər­bay­can ara­sın­da olan fərq­li cə­hət­lə­ri mü­qa­yi­sə edib nöq­san­la­rı­mız­dan da­nı­şı­rıq. Və­tən­dən uzaq­da ya­şa­yan zi­ya­lı­la­rı­mız Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­tin­dən, or­du qu­ru­cu­lu­ğun­dan, öl­kə­də­ki sta­bil sa­kit­lik­dən, iq­ti­sa­di in­ki­şaf­dan ra­zı qal­dıq­la­rı­nı söy­lə­yir­lər. Əl­bət­tə ki, nöq­san­lar­dan da da­nı­şı­lır, tən­qi­di möv­qe tu­tan­lar da olur, hər şe­yin yax­şı ola­ca­ğı­na ümid edən­lər də olur. Bir söz­lə, nə olur ol­sun, bü­tün soy­daş­la­rı­mız Azər­bay­ca­nı­mı­zı güc­lü öl­kə­lər sı­ra­sın­da gör­mək is­tə­yir. Av­ro­pa­da ya­şa­yan soy­daş­la­rı­mız il­lər­di Av­ro­pa­da iş­lə­yib təc­rü­bə top­la­yıb­lar, əc­nə­bi dil­lər­də təh­sil al­mış təc­rü­bə­li gənc mü­tə­xəs­sis­lə­ri­miz var. Və hə­min təc­rü­bə­li və ya elə gənc mü­tə­xəs­sis­lər öz po­ten­si­yal­la­rı­nı baş­qa öl­kə­lə­rə de­yil, məhz Azər­bay­ca­nı­mı­zın da­ha da in­ki­şaf et­mə­si­nə sərf et­mək is­tə­yir­lər. Döv­lə­ti­miz hə­min gənc nə­sil­lə ma­raq­lan­ma­lı­dır. Bun­dan baş­qa, xa­ric­də 3-cü qrup soy­daş­la­rı­mız da var ki, on­lar öz­lə­ri­ni "blo­ger", "ra­di­kal mü­xa­li­fet­ci" he­sab edir­lər. Av­ro­pa­da kom­pü­ter ar­xa­sın­da otu­ra­raq hö­ku­mə­tə mü­xa­li­fət­çi­lik edir­lər. On­la­rın bir his­sə­si də di­as­por təş­ki­lat­la­rı­na mü­xa­li­fət­çi­lik edib soy­daş­la­rı­mı­zın bir ara­ya gəl­mə­si­nə ma­ne­çi­lik tö­rə­dir­lər. Xo­ca­lı soy­qı­rı­mı­nı anım gün­lə­rin­də təd­bir­lər­də iş­ti­rak et­mir­lər, so­si­al me­dia üzə­rin­dən ça­ğı­rış­lar edə­rək təd­bir­lə­ri poz­ma­ğa ça­lı­şır­lar, soy­daş­la­rı­mı­zı bu təd­bir­lər­də iş­ti­rak et­mə­mə­yə səs­lə­yir­lər. İnan­dı­rım si­zi ki, be­lə in­san­lar di­as­por an­la­mı­nı be­lə bil­mir­lər, bəl­kə də öz­lə­ri də bil­mə­dən 

sər­səm ça­ğı­rış­lar­la er­mə­ni­lə­rin mə­na­fe­yi­nə qul­luq edir­lər. Mən dü­şü­nü­rəm ki, mil­li prob­lem­lər­də mü­xa­li­fət­çi­lik ol­mur, söh­bət və­tən­dən ge­dir­sə, o za­man bir­lik ol­ma­lı­dır, si­ya­si ba­xış­lar kə­na­ra qo­yul­ma­lı­dır. Çox tə­əs­süf ki, bu­nu hə­lə də an­la­ma­yan soy­daş­la­rı­mız var.


- Dün­ya öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən çox say­da təş­ki­lat­la­rı­mız var. Bu təş­ki­lat­la­rın fəa­liy­yə­ti nə də­rə­cə­də qə­na­ət­bəxş­dir?

- Se­vin­di­ri­ci hal­dır ki, dün­ya öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən çox­lu say­da təş­ki­lat­la­rı­mız var. Bu təş­ki­lat­la­rın hər bi­ri öz im­kan­la­rı çər­çi­və­sin­də, heç bir ma­liy­yə dəs­tə­yi ol­ma­dan kö­nül­lü ola­raq fəa­liy­yət gös­tə­rir­lər və fəa­liy­yət­lə­ri əsa­sən maa­rif­lən­dir­mə xa­rak­ter­li olur. Mət­bu­at və si­ya­si par­ti­ya­la­ra tə­sir im­kan­la­rı­mız çox zə­if­dir. Tə­səv­vür edin, 25 il­dir fəa­liy­yət gös­tə­rən təş­ki­lat­lar var ki, hə­lə də dər­nək ənə­nə­sin­dən çı­xa bil­mir. Zən­nim­cə, ar­tıq ya­şa­dı­ğı­mız öl­kə­lər­də si­ya­si par­ti­ya­la­ra üzv olub si­ya­si pro­ses­lər­də fə­al iş­ti­rak et­mək la­zım­dır.


- "Hol­lan­di­ya Azər­bay­can Evi" təş­ki­la­tı­nın di­gər təş­ki­lat­lar­la olan əmək­daş­lıq sə­viy­yə­si nə yer­də­dir və təş­ki­lat ola­raq əsas hə­də­fi­niz nə­dir?

- Hə­lə təş­ki­lat ya­ran­ma­dan ön­cə er­mə­ni­lə­rə qar­şı mü­ba­ri­zə apa­rır­dım. Xa­tır­la­dım ki, Hol­lan­di­ya­nın şi­mal böl­gə­sin­də er­mə­ni­lər çox fə­al idi və mə­nim on­lar­la mü­ba­ri­zəm məhz hə­min əra­zi­də ya­şa­ma­ğa baş­la­dı­ğım vax­ta tə­sa­düf et­di. Təş­ki­la­tı ya­rat­dıq­dan son­ra əsas iş­lə­ri­mi­zi öz ma­liy­yə­miz­lə edir­dik. Təş­ki­la­tın iş­lə­rin­də ai­ləm hər za­man ya­nım­da olub, öv­lad­la­rı­mın ma­aş­la­rı­nı be­lə təş­ki­lat üçün is­ti­fa­də et­mi­şəm və hə­lə də yar­dım­la­rı­nı əsir­gə­mir­lər. Bu il­lər ər­zin­də təş­ki­lat ola­raq er­mə­ni­lə­rin kil­sə­lər­də Azər­bay­ca­na qar­şı apar­dı­ğı çir­kin ya­lan­la­rı­nı if­şa et­mi­şəm. Xo­ca­lı­ya əda­lət konf­ran­sı, Xo­ca­lı soy­qı­rı­mı­na aid fo­to sər­gi­lər, Azər­bay­can mə­də­niy­yət gün­lə­ri, Xo­ca­lı soy­qı­rı­ma aid ki­tab­la­rın və SD vi­deo­la­rı­nın pay­lan­ma­sı­nı təş­kil et­mi­şəm. Bir çox dil­lər­də tər­cü­mə olun­muş Xo­ca­lı soy­qı­rı­mı ki­tab­la­rı­nı Hol­lan­di­ya ki­tab­xa­na­sı­na rəs­mi ola­raq təq­dim et­mi­şəm. Eti­raf edim ki, di­gər təş­ki­lat­lar­la əmək­daş­lı­ğı­mız zə­if ol­sa da, mü­na­si­bət­lə­ri­miz yük­sək sə­viy­yə­də­dir. Təd­bir­lər ke­çi­ri­lən­də əla­qə­lər sax­la­nı­lır, təd­bir­lə­rə qa­tıl­maq üçün də­vət olu­nu­ruq. An­caq mən bir təş­ki­lat səd­ri ki­mi is­tər­dim ki, bü­tün təş­ki­lat­lar­la əmək­daş­lı­ğı­mız güc­lü ol­sun, bir­lik­də fəa­liy­yət gös­tə­rərk, la­yi­hə­lər ha­zır­la­yaq, bir söz­lə, bir­lik gü­cü­müz­dən is­ti­fa­də edək. Tə­əs­sü­fe­di­ci mə­qam­lar­dan bi­ri də odur ki, la­yi­hə­lə­ri ha­zır­la­yıb hə­ya­ta ke­çir­mək üçün ma­liy­yə­miz yox­dur. Ye­ri gəl­miş­kən, ye­ni av­to­mo­bil icad edib ha­zır­la­mı­şıq, an­caq av­to­mo­bi­lə ya­na­caq dol­dur­maq üçün ma­liy­yə və­sai­ti­miz yox­dur. Güc­lü fəa­liy­yət üçün güc­lü ma­liy­yə la­zım­dır. La­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə ma­liy­yə qay­naq­la­rı ta­pıl­ma­lı­dır. Mil­lət ola­raq mil­li mə­sə­lə­lər­də bir­lik bə­ra­bər­lik nü­mu­nə­si gös­tər­mə­li­yik.


- Mil­li mə­sə­lə­lər­də bir­lik bə­ra­bər­lik nü­mu­nə­si gös­tər­mək üçün şəx­si ma­raq­lar, və­zi­fə hə­və­si ar­xa pla­na keç­mə­li­dir. Çox vaxt id­dia edir­lər ki, di­as­por təş­ki­lat­la­rı­nın bir ara­ya gəl­mə­mə­si­nin sə­bə­bi əsa­sən rəh­bər və­zi­fə tut­maq hə­və­si­dir...

- Əgər di­as­por təş­ki­lat­la­rı kö­nül­lü ola­raq öz im­kan­la­rı çər­çi­və­sin­də fəa­liy­yət gös­tə­rir­lər­sə, o za­man han­sı və­zi­fə­dən söh­bət ge­də bi­lər ki?! Ümu­miy­yət­lə isə təş­ki­lat rəh­bə­ri ol­maq, han­sı­sa rəh­bər və­zi­fə sa­hi­bi ol­maq de­yil. Döv­lət­dən əmək haq­qı al­mır­lar, döv­lət büd­cə­sin­dən ma­liy­yə­ləş­mir­lər, öz ma­liy­yə he­sa­bı­na fəa­liy­yət gös­tə­rir­lər. Bax­ma­ya­raq ki, "Ni­der­land Azər­bay­can evi"ni mən ya­rat­mı­şam və mü­əy­yən də fəa­liy­yət­lə­ri­miz var, an­caq kim­sə mən­dən da­ha yax­şı bu təş­ki­la­tı irə­li apa­rıb, da­ha yük­sək nai­liy­yət­lər əl­də edə bi­lər­sə, bu­yu­rub gəl­sin, mən öz sə­la­hiy­yət­lə­ri­mi ona təh­vil ver­mə­yə ha­zı­ram.

- Er­mə­nis­ta­nın lob­bi­çi­lik fə­liy­yə­ti get­dik­cə da­ha da güc­lə­nir. Fran­sa, Ame­ri­ka, Ru­si­ya və b. öl­kə­lər­də er­mə­ni di­as­po­ru­nun güc­lü ol­du­ğu söy­lə­ni­lir. Bu ba­rə­də fik­ri­niz?

- Çün­ki er­mə­ni di­as­por təş­ki­lat­la­rı bi­zim ki­mi dər­nək şək­lin­də fəa­liy­yət gös­tər­mir. Er­mə­ni­lər Av­ro­pa­da, Ame­ri­ka­da, Ru­si­ya­da lob­bi­çi­lik fəa­liy­yə­ti gös­tə­rir­lər. Məhz hə­min öl­kə­lər­də öz biz­nes­lə­ri­ni qur­maq­la ya­na­şı, ey­ni za­man­da si­ya­sə­tə, me­dia­ya, bə­lə­diy­yə­yə, hü­quq sis­te­mi­nə öz adam­la­rı­nı yer­ləş­di­rib­lər. Bəhs et­di­yi­miz öl­kə­lər güc­lü si­ya­si ira­də­yə ma­lik­dir­lər. Er­mə­ni­lər hə­min öl­kə­lər­də güc­lü bank sis­te­mi fond­lar qu­rub­lar və bü­tün er­mə­ni­lər bu ma­liy­yə fond­la­rı­na üzv­lük haq­qı ödə­yir­lər. Er­mə­ni­lər hə­min ma­liy­yə ilə tə­lə­bə­lə­ri iş­lə tə­min edir, biz­nes qur­maq is­tə­yən­lə­rə yar­dım edir­lər ki, on­lar da önəm­li güc­lə­rə ma­lik ol­sun­lar. Xa­tır­la­dım ki, Hol­lan­di­ya­da 18 min azər­bay­can­lı ya­şa­yır. Əgər biz on­la­ra "ay­da 1 eu­ro üzv­lük haq­qı ödə­yin" de­sək, o za­man mil­li ma­raq­lar bir an­da de­di-qo­du­ya çev­ri­lər. Mən bir ne­çə də­fə soy­daş­la­rı­mı­za mü­ra­ci­ət et­miş­dim, nə­ti­cə­də on­lar te­le­fon zəng­lə­ri­mə ca­vab ver­mə­di­lər və mə­nim­lə əla­qə­ni kəs­di­lər. Bu ba­xım­dan de­yi­rəm ki, biz bir mil­lət ola­raq mil­li ma­raq­lar ət­ra­fın­da bir­lə­şə bil­mi­rik. Er­mə­ni­lər si­zin bəhs et­di­yi­niz öl­kə­lər­də 100 il­lər­dir təş­ki­lat­la­nıb, ar­tıq lob­bi­çi­lik fəa­liy­yə­ti ilə tə­sir im­kan­la­rı­nı ge­niş­lən­di­rib­lər. Er­mə­ni­lər bü­tün plan­la­rı­nı kil­sə­lər üzə­rin­də plan­lı şə­kil­də hə­ya­ta ke­çi­rir­lər. Fran­sa, Ame­ri­ka, Ru­si­ya ki­mi öl­kə­lər­də bö­yük si­ya­si nü­fu­za ma­lik­dir­lər, çün­ki hə­min öl­kə­lər er­mə­ni­lə­rin ya­lan­la­rın­dan xə­bər­dar­dı­lar. Türk dün­ya­sı­na qar­şı er­mə­ni­lə­ri bir alət ki­mi is­ti­fa­də edir­lər. Və əl­bət­tə ki, ma­raq­la­rı bir-bir­lə­ri­nə uy­ğun ol­duq­la­rı üçün on­la­ra hi­ma­yə­dar­lıq edir­lər. Ar­tıq biz də zə­if de­yi­lik, dün­ya sə­si­mi­zi eşi­dir, dün­ya öl­kə­lə­ri­nin bi­zim haqq sə­si­mi­zə səs ve­rə­cə­yi­nə gə­lin­cə, dü­şü­nü­rəm ki, bu da ola­caq. Əgər di­as­por təş­ki­lat­la­rı bir ara­ya gəl­sə, yax­şı təş­ki­lat­lan­sa, fəa­liy­yə­ti da­ha da güc­lən­sə və ən önəm­li­si Di­as­por Ko­mi­tə­si və Azər­bay­ca­nın sə­la­hiy­yət­li mə­mur­la­rı di­as­por təş­ki­lat­la­rı ilə əmək­daş­lıq et­sə, bi­zim fi­kir­lə­ri­mi­zi də­yər­lən­dir­sə, nöq­san­la­rı ara­dan qal­dır­sa, o za­man hər şey yax­şı ola­caq.

Bir mə­sə­lə­yə də to­xu­num. Er­mə­ni­lə­rin azər­bay­can­lı­la­ra qar­şı ən bö­yük ya­la­nı odur ki, on­lar gə­lib Hol­lan­di­ya­da azər­bay­can­lı qaç­qın ki­mi qey­diy­ya­ta dü­şür­lər. 2002-ci il­də be­lə bir hal­la rast­laş­dım. Bir hol­land ki­lə­si­nin qə­ze­tin­də Azər­bay­can­da olan 1 mil­yon qaç­qın er­mə­ni qaç­qı­nı ki­mi ve­ril­miş­di. Bir azər­bay­can­lı ki­mi bu­nu özü­mə heç cür sı­ğış­dı­ra bil­mə­dim. Mən hə­min mət­bu­at­la əla­qə sax­la­yıb öz eti­ra­zı­mı bil­dir­dim. Bu xə­bə­rin er­mə­ni ya­lan­la­rın­dan bi­ri ol­du­ğu­nu de­dim. Er­mə­ni­lə­rin Azər­bay­can tor­paq­la­rı­na tə­ca­vüz edib, dinc sa­kin­lə­ri­mi­zi öz yurd-yu­va­la­rın­dan çı­xa­rıb qaç­qın və məc­bu­ri köç­kün et­di­yi­ni vur­ğu­la­dım. Bun­dan son­ra hə­min qə­zet növ­bə­ti nöm­rə­də tək­zib ver­di. Biz "Hol­lan­di­ya-Azər­bay­can Evi" ola­raq er­mə­ni­lə­rin iş­ğal­çı­lıq si­ya­sə­ti, 20 fai­zə ya­xın əra­zi­lə­ri­mi­zin ha­zır­da er­mə­ni iş­ğa­lı al­tın­da ol­ma­sı, Xo­ca­lı soy­qı­rı­mı­nın bey­nəl­xalq miq­yas­da ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də mü­va­fiq təd­bir­lər ke­çi­rə­cə­yik. Fəa­liy­yə­ti­miz döv­rün­də za­man-za­man yu­xa­rı­da qeyd edi­lən mə­sə­lə­lər­lə bağ­lı də­yir­mi ma­sa­lar, konf­rans­lar təş­kil edə­cə­yik. He­sab edi­rəm ki, Azər­bay­can­dan kə­nar­da fəa­liy­yət gös­tə­rən hər bir di­as­por təş­ki­la­tı bu ki­mi mə­sə­lə­lər­də bir qə­dər də ak­tiv­lik nü­ma­yiş et­dir­sə, biz da­ha çox uğur­la­ra im­za at­mış ola­rıq.


Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND