Bakıda 15 manata "Samsunq" satışa çıxarıldı - HƏRRAC

10.01.2019 21:26
95
Bakıda 15 manata "Samsunq" satışa çıxarıldı - HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət nəfinə müsadirə edilmiş əmlakları çox ucuz qiymətə satışa təqdim edib.


Ekspress.az xəbər verir ki, hərraca çıxarılan müsadirə edilmiş əmlaklar arasında mənzil, avtomobil və çox sayda mobil telefon var.


Quba rayonu Hərracların Təşkili üzrə Auksion Mərkəzinin təqdim etdiyi “Mersedes-180” markalı avtomobilə cəmi 4050 manat satış qiyməti təyin edilib.


Sumqayıt şəhəri Hərracların Təşkili üzrə Auksion Mərkəzinin təqdim etdiyi “Qazel” markalı avtomobil üçün isə cəmi 1750 manat müəyyənləşdirilib.


Bundan başqa, hərracda 15 manata “Samsunq”, 35 manata “Huave” markalı mobil telefon da satılır.


Bir mağazadan müsadirə edilmiş 13 ədəd müxtəlif mobil telefon isə ümumilikdə 327 manata təqdim edilib.


Qeyd edək ki, sözügedən hərrac 5 fevral tarixində keçiriləcək.

Açar sözlər: