Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 30% artıb

17.05.2019 17:45
168
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 30% artıb


Bu ilin yanvar-aprel ayarı ərzində Azərbaycanla Avropa İttifaqı ölkələri arasında aparılan ticarət dövriyyəsinin həcmi 4 789 056,47 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.


Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 36,7% artaraq 4 019 722,87 min dollar, idxal isə 3,4% artaraq 769 333,60 min dollar təşkil edib (report).


Cari ilin yanvar-aprel aylarında 3 250 389,27 min dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 48% çoxdur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND