Partiya sədri prezidenti impiçment etməyə çağırdı

27.02.2019 00:22
290
Partiya sədri prezidenti impiçment etməyə çağırdı

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko “orduda oğurluqlarla” əlaqədar prezident Pyotr Poroşenkonun impiçmenti prosedurunu başlamağa çağırıb.


Ekspress.az xəbər verir ki, siyasətçi bu barədə Ali Radadakı çıxışında deyib.


“Elan edirik ki, bizi dəstəkləyən başqa fraksiyalarla birlikdə, prezidentin impiçmenti proseduruna başlayırıq”, – partiya lideri qeyd edib. 


Timoşenko Ukraynanın müdafiə kompleksində oğurluqlarla bağlı jurnalistlərin dərc etdiyi araşdırmaya istinad edib. Partiya liderinin iddiasına görə, oğurluqların arxasında Poroşenko və ona yaxın şəxslər dayanır. O, prezidenti artırılmış qiymətlər üzrə Rusiyadan Ukrayna hərbi texnikası üçün ehtiyat hissələrinin alınmasında ittiham edib.

Açar sözlər: