• 23 °C Bakı
  • 23 °C Quba
  • 24 °C Gəncə
  • 23 °C Yevlax
  • 23 °C Naxçıvan

Novruz Məmmədov Azərbaycanın baş naziri kimi ilk hesabatını verib

15.03.2019 13:39
106
Novruz Məmmədov Azərbaycanın baş naziri kimi ilk hesabatını verib


Azərbaycanın baş naziri Novruz Məmmədov bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabat verib.


Baş nazir çıxışına Azərbaycan xalqını Novruz baramı münasibətilə təbrik etməklə başlayıb.


N.Məmmədov deyib ki, hesabat dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətdə prioritet olub:


“Avropa İttifaqı və Azərbaycan arasında “Strateji Tərəfdaşlıq” adlı prioritet sənədi bu istiqamətdə xüsusi qeyd etmək istəyirəm”.


Baş nazir ötən dövrdə valyuta ehtiyatlarının 3 milyard dollar artdığını nəzərə çatdırıb:


“Büdcənin gəlirləri proqnozdan 360 milyon manat çox olub. Keçən il sosial mənzillərin də satışına başlanıb. Keçən il büdcə xərclərinin 7,2 milyard manatı sosial yönümlü xərclərin payına düşüb (ONA). Pensiyaların məbləği 6 faizdən çox artıb. 2018-ci ilin sonuna qədər şəhid ailələrinə 34 milyon manat birdəfəlik ödəniş verilib”.


N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir:


“Keçən il 451,5 milyon manat məbləğində investisiya hesabına 568 kilometrdən artıq suvarma kanallarının bərpa işləri aparılıb, 50 min hektardan artıq ərazidə suvarma işləri yaxşılaşdırılıb. Nəticədə 2017-ci illə müqayisədə 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı 4,2 faiz artıb”.


Baş nazir ildirib ki, keçən il ölkənin 11 rayonunda yerləşən xalçaçılıq fabriklərində 5,5 min kvadrat metrdən artıq xalça toxunub:


“Keçən il 800-ə qədər məktəb və uşaq bağçası tikilib, yenidən qurulub, 8 120 yerlik modul tipli məktəblər istifadəyə verilib”.

N.Məmmədov keçən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda 753 medal qazandığını nəzərə çatdırıb: “Mətbuatda hesabatla bağlı mövqeyini bildirən deputatların fikirləri ilə də tanış olmuşam. Hər bir fikrə münasibət bildiriləcək”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND