Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşlara başlayır


11.04.2019 14:20
143
Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşlara başlayır

Rusiyanın “Smartavia” (“Nordavia” şirkətinin ticarət brandı) təyyarə şirkəti bu yaydan Azərbaycana uçuşlar həyata keçirmək niyyətindədir.


Ekspress.az xəbər verir ki, bunu jurnalistlərə şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.


Qeyd edək ki, ötən il “Nordavia” 648 min sərnişin daşıyıb və bu, əvvəlki ilə nisbətən 35 faiz çoxdur.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND