Vasif Durarbəyli "Top-10"dan kənarda qaldı

30.10.2018 12:43
319
Vasif Durarbəyli "Top-10"dan kənarda qaldı

Sent-Luisedə (ABŞ) şahmat üzrə «Spice Cup» beynəlxalaq turnir keçirilib.


Turnirdə Azərbaycan yığmasının üzvü Vasif Durarbəyli də iştirak edib. Həmyerlimiz 9 turdan sonra topladığı 5 xalla 12-ci yeri tutub.


Qeyd edək ki, onunla yanaşı, daha 5 şahmatçı eyni xala malik olub. Durarbəyli əlavə əmsallara görə onunla bərabər xal toplayan şahmatçıları geridə qoya bilib.


Turnirin qalibi adını isə tay-brekdə ukraynanı İlya Nijnikanı məğlub edən perulu Xorxe Kori qazanıb.