"Bu məğlubiyyətə layiq olub-olmadığımızı bilmirəm" - Mbappe

04.02.2019 22:10
216
"Bu məğlubiyyətə layiq olub-olmadığımızı bilmirəm" - Mbappe

“Paris Sen-Jermen”in (PSJ) hücumçusu Kilian Mbappe Fransa çempionatının 23-ci turunda “Lion” komandası ilə qarşılaşmada məğlubiyyətə (1:2) münasibət bildirib.


Ekspress.az xarici mediaya istinadla xəbər verir ki, K.Mbappe zədəyə görə on həftə forma geyinə bilməyəcək Neymarsız oynamağın çətin olduğunu vurğulayıb: “Bu məğlubiyyətə layiq olub-olmadığımızı bilmirəm. Rəqib komanda imkanlardan istifadə etdi. Bizim də şanslarımız var idi. Bu cür matçlarda iştirak etmək xoşdur. Əsas məqsəd yenilməz olaraq qalmaq idi. İndi isə mövsümün sonuna qədər uduzmamağa çalışırıq. Neymarsız oynamaq çətindir, bunu qəbul etməliyik”.


Qeyd edək ki, bu, cari mövsümdə PSJ-nin çempionatda ilk məğlubiyyəti olub. Paris klubu 18 görüşdə qələbə qazanıb, 2 oyunu heç-heçə ilə başa vurub.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND