Daha bir universitetdə dərslər dayandırıldı


25.04.2019 18:20
131
Daha bir universitetdə dərslər dayandırıldı

Bakıda keçiriləcək "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sabah Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında dərslər dayandırılacaq. 


Ekspress.az xəbər verir ki, bu barədə UNEC-in mətbuat xidmətindən bildiriblər. 


Məlumatda qeyd olunur ki, ali məktəbin digər tədris binalarında isə dərslər davam etdiriləcək (azedu.az).


Qeyd edək ki, "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi 26 - 28 aprel tarixlərində keçiriləcək. 


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND