ABŞ Venesuelaya qarşı sanksiyaları bir daha genişləndirib


01.03.2019 20:45
328
ABŞ Venesuelaya qarşı sanksiyaları bir daha genişləndirib

ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiyaları genişləndirdiklərini açıqlayıb.


Ekspress.az xəbər verir ki, Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, sanksiya siyahısına Venesuelanın insan hüquqlarının pozulması və başqa sui-istifadələrdə əli olduğu bildirilən 6 nəfər keçmiş və hazırkı rəsmi şəxsinin adı salınıb (report).


Xatırladaq ki, fevralın 24-də ABŞ Nikolas Maduro hökumətinin dörd nəfər rəsmisinin adını sanksiya siyahısına salmışdı.


Ekspress.az